Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir
Far.Az xəbər saytı

Amina Mohammed: Bakıda tarixi irslə müasirliyin vəhdəti təmin edilir


Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdəti təmin edilir.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğulayıb və bildirib ki, bu, Azərbaycan paytaxtına xüsusi gözəllik verir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı Prezident İlham Əliyevi təbrik edib. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksəksəviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər