Azərbaycanda minadan zərərçəkənlərin 302-si uşaq və gənclər, 38 nəfəri isə qadınlardır
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ikin qiymətləndirmələr zamanı bir milyondan çox minanın olduğu aşkarlanıb.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən "Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" mövzulu tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.
O qeyd edib ki, 1991-ci ildən 2020-ci ilin noyabrın 10-dək mina səbəbindən 2418 nəfər yaralanıb, 530 nəfər həlak olub, klaster bombaları nəticəsində yaralanan və ya dünyasını dəyişənlərin sayı isə 131 nəfərdir.
"2020-ci il noyabrın 10-dan 2025 mayın 22-dək mina səbəbindən 352 nəfər yaralanıb, 73 nəfər həlak olub.
Ümumi mina qurbanlarının sayı 3500-dən çoxdur. Onlardan 302-si uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır", - deyə Samir Poladov bildirib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Anar Quliyev:"Mənzil böhranı tək bir amildən qaynaqlanmır"
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur
-
Anar Vəliyev: "Şəhər planlaşdırmasında psixoloji rifah faktoru öndə olmalıdır"
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"













