CAF: Dayanıqlı yaşayış mühiti üçün mobillik və məkan inteqrasiyası gücləndirilməlidir
Dayanıqlı yaşayış mühiti üçün mobillik və məkan inteqrasiyası gücləndirilməlidir.
"Far.Az" xəbər verir ki, bunu Latın Amerikası və Karib hövzəsi İnkişaf Bankının (CAF) şəhərsalma mütəxəssisi Barbara Zamora Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil əslində şəhərlərin şəhərsalma inkişafının əsas dayağıdır: "Bu sektor vasitəsilə təkcə torpaqdan istifadənin idarə olunması deyil, həm də digər sahələrlə - məsələn, mobillik, nəqliyyata çıxış və ictimai məkanlar arasında əlaqənin təmin edilməsi üçün effektiv alətlər yaratmaq mümkündür. Beləliklə, məqsəd yalnız daha çox mənzil tikintisi və ya mövcud mənzillərin keyfiyyətinin yüksəldilməsi deyil, ümumilikdə yaşayış mühitinin və həmin mənzillərin yerləşdiyi məhəllələrin inkişaf etdirilməsidir".
"Bu müzakirədə qeyd olunmalı əsas məqamlardan biri də iki mühüm çağırışdır. Birincisi, çoxsəviyyəli koordinasiyanın qurulması ehtiyacı ilə bağlıdır. Bir sıra ölkələrdə mənzil siyasəti milli səviyyədə tənzimlənir, digərlərində bu səlahiyyətlər mərkəzsizləşdirilib və yerli hökumətlər tərəfindən həyata keçirilir. Biz prosesdə həm milli, həm də yerli hökumətləri dəstəkləyərək çoxsəviyyəli koordinasiyanın gücləndirilməsinə töhfə veririk. İkinci mühüm məsələ isə miqyasın genişləndirilməsidir. Bu, təkcə yeni mənzil tikintisinə adi deyil, həm də mövcud mənzil fondunun keyfiyyətinin artırılmasına aiddir. Hesab edirəm ki, regionumuz bir çox innovativ ideyalar üçün sınaq laboratoriyası rolunu oynayır və bu yanaşmalar digər regionlar üçün də nümunə ola bilər. Lakin əsas çağırış bu təşəbbüsləri və pilot layihələri şəhər səviyyəsindən çıxararaq daha geniş, sistemli və miqyaslana bilən həllərə çevirməkdir", - deyə ekspert əlavə edib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"
-
WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb













