Serbiya Prezidenti vəzifəsindən istefa verib
Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Report"un Balkan bürosunun xəbərinə görə, Vuçiç istefasını elan etdiyi müraciətində "bu gün mənim istefamı elan etdiyim gündür" deyərək, Serbiya Prezidenti vəzifəsində sonuncu dəfə vətəndaşlara müraciət etdiyini bildirib.
"Hörmətli vətəndaşlar, bu gün mənim istefamı elan etdiyim gündür və Serbiya Respublikası Prezidenti vəzifəsində sonuncu dəfə sizə müraciət edərkən sizi rəqəmlərlə yormamağa çalışacağam", - Vuçiç deyib.
O, çıxışının bir hissəsini yazılı mətndən oxuyacağını, qalan hissəsini isə öz düşüncələrindən söyləyəcəyini qeyd edib.
"Qərar anı gəlib çatıb. Tarix bizə öyrədir ki, tərəqqi heç vaxt təsadüfən əldə olunmur. O, çətin seçimlər, insanın öz vicdanı qarşısında məsuliyyəti və irəli getmək əzmi ilə əldə edilir", - Serbiya Prezidenti vurğulayıb.
Vuçiç çıxışında Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin sözlərinə istinad edərək, dövlətin başında uzun illər qaldıqdan sonra tərəqqinin nadir hallarda arzu edilən sürətlə baş verdiyini və idarəçiliyin çətin qərarlar qəbul etmək, hər bir qərara görə məsuliyyət daşımaq demək olduğunu bildirib.
O, həmçinin vətəndaşların ona iki dəfə böyük etimad göstərdiyini deyərək təşəkkür edib və Serbiyanı qarşıda gözləyən "yeni fəsil" barədə danışıb.
Qeyd edək ki, Vuçiç 2017-ci ildə keçirilən prezident seçkilərin birinci turunda 55,08 faiz səslə qalib gəlib. Onun ikinci prezidentlik müddəti 2022-ci ildə başlayıb və normal qaydada 2027-ci ildə başa çatmalı idi.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
İlham Əliyevlə Aleksandar Vuçiç arasında ikitərəfli görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
-
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
-
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb













