Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
Bu il yenidən Azərbaycanda Bakı İqlim həftəsi keçiriləcək.
Far.Az report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada İqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq və regional səviyyədə ətraf mühit üzrə əməkdaşlığa ciddi töhfələr verib:
"Ölkəmiz ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Hazırda Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra beynəlxalq konvensiyalar yer alır".
Nazir həmçinin xatırladıb ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edib:
"COP29-un nəticəsi olaraq bütün ölkələr İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə razılığa gəldilər, Adaptasiya üzrə Yol Xəritəsi qəbul edildi, Bakı Maliyyə Hədəfi müəyyən edildi. Cari ilin 7-11 sentyabrında Konvensiyanın mandatı altında Bakı İqlim həftəsi keçiriləcək".
Qeyd edək ki, ilk dəfə Bakı İqlim həftəsi 2024-cü, ikinci analoji tədbir isə 2025-ci ildə keçirilib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"
-
WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb













