"Tottenhem"in müdafiəçisi Kristian Romero qeyri-adi səbəbdən komandanın son matçını buraxır
Far.Az xəbər saytı

"Tottenhem"in müdafiəçisi Kristian Romero qeyri-adi səbəbdən komandanın son matçını buraxır


İngiltərənin "Tottenhem" klubunun futbolçusu Kristian Romero qeyri-adi səbəbdən Premyer Liqanın sonuncu turundakı oyunu buraxacaq.

"Far.Az" "The Touchline"a istinadən xəbər verir ki, London təmsilçisinin kapitanı "River Pleyt" və "Belqrano" komandaları arasında Argentina Liqasının finalını izləmək üçün sözügedən ölkəyə yollanır.

"Tottenhem" mayın 24-də, XXXVIII turda "Everton"la üz-üzə gələcək. Paytaxt təmsilçisi hazırda Premyer Liqada 38 xalla 17-ci pillədə qərarlaşıb. 18-ci sıradakı "Vest Hem"in 36 xalı var. Sonuncu tur çempionatda qalmaq yolunda həlledici olacaq.

Xatırladaq ki, 28 yaşlı argentinalı oyunçu cari mövsüm bütün turnirlərdə 32 oyuna 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər