İnterpol xətti ilə axtarılan Azərbaycan vətəndaşı Ukraynadan gətirilir
Far.Az xəbər saytı

İnterpol xətti ilə axtarılan Azərbaycan vətəndaşı Ukraynadan gətirilir


Dələduzluqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Şahlar Qənaət oğlu Cabbarovun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Şahlar Cabbarov təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.

Bu səbəbdən Şahlar Cabbarovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda Şahlar Cabbarovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla sıx əməkdaşlığı davam etdirir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər