Macarıstan Aİ-dən 10 milyard avro almağa ümid edir
Macarıstanın yeni hökuməti, əvvəllər Brüssel tərəfindən dondurulmuş Avropa İttifaqı Pandemiya Bərpa Fondundan 10,4 milyard avronu almaq üçün 28 mayda Avropa Komissiyası ilə razılığa gəlməyi gözləyir.
"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə danışıqlar aparmaq üçün Belçika paytaxtına yola düşən Macarıstanın Baş naziri Peter Madyar bildirib.
Baş nazir əlavə edib ki, Bərpa Fondundan ayrılan 10,4 milyard avro vəsait müxtəlif sahələrdə və iqtisadi layihələrdə istifadə edilə bilər: "Bu maliyyənin bir hissəsi qrant, digərləri isə güzəştli kreditlər şəklində verilir".
Madyar xatırladıb ki, bu vəsaitləri almaq üçün yeni Macarıstan hökuməti Avropa Komissiyasının tələblərini yerinə yetirməlidir, bu tələblərə demokratiyanın gücləndirilməsi, qanunun aliliyinin bərpası və korrupsiyaya qarşı mübarizə də daxildir.
Aİ qaydalarına görə, bu vəsaitlərin Macarıstana paylanması ilə bağlı qərar 31 avqusta qədər verilməli, vəsaitlərin özü isə 31 dekabra qədər köçürülməlidir. Əks təqdirdə, onlar müsadirə olunacaq.
Buna görə də, Madyarın komandası 12 apreldə keçirilən parlament seçkilərində qalib gəldikdən, Brüsselə səfər etdikdən və avropalı ekspertləri qəbul etdikdən sonra dərhal Avropa Komissiyası ilə məsləhətləşmələrə başlayıb. 9 mayda baş nazir vəzifəsinə başlayan Madyar hazırkı vəzifəsində ilk dəfə Aİ-nin qərargahını ziyarət edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
Antonelli "Formula 1"in Kanada Qran-Prisinin qalibi olub













