"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
Far.Az xəbər saytı

"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir


İran ABŞ-nin daha əvvəl zərbələr endirdiyi çoxsaylı yeraltı ballistik raket anbarlarına çıxışı yenidən bərpa edə bilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, İranın çoxsaylı ballistik raketləri qranit qayalarda yaradılmış dərin yeraltı tunellərdə və anbarlarda yerləşdirilib. ABŞ aviasiyası bu obyektlərin özünü tamamilə məhv etməkdə çətinlik çəkdiyi üçün əsasən yeraltı keçidlərə zərbələr endirib, onları dağıdaraq bağlayıb.

Mənbənin sözlərinə görə, İran həmin keçidlərin əhəmiyyətli hissəsini artıq yenidən qazaraq istifadəyə açıb.

Bildirilir ki, Tehran bir aylıq atəşkəs müddətindən hərbi obyektlərə çıxışın bərpası, mobil raket qurğularının yerinin dəyişdirilməsi və taktikanın yenilənməsi üçün istifadə edib.

Pentaqonun qiymətləndirməsinə əsasən, ABŞ zərbələri nəticəsində 13 min hədəf vurulub, İran Hərbi Dəniz Qüvvələri ciddi zərər görüb, həmçinin silahlı qüvvələr və kəşfiyyat orqanlarının bir sıra yüksəkvəzifəli nümayəndələri məhv edilib.

Bununla belə, mənbə bildirib ki, İran regiona və qlobal iqtisadiyyata ciddi zərər vurmaq imkanını qoruyub saxladığını nümayiş etdirib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər