Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür
Far.Az xəbər saytı

Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür


Həyətyanı sahələr çöküb, ərazidə iri çuxurlar yaranıb. Hətta evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev küçəsi, 88 ünvanından lentə alınıb. Sakinlərin sözlərinə görə, aramsız yağışlardan sonra küçəboyu müxtəlif evlərin həyətlərində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar ki, bütün həyətlərdə dərin quyular yaranıb.

Sakinlər iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib. Onların sözlərinə görə, çökməyə səbəb olan kollektor sonradan çəkilib.

Onlar mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Qurum qeyd edib ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.

Həmçinin bildirilib ki, məsələ ilə əlaqədar Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib və aidiyyəti üzrə tədbirlərin görülməsi üçün müraciət olunub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər