Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Ağsu rayonunda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Far.Az"un Yuxarı Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.
Ağsu rayonunda ağır yol qəzası baş verib.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
Belə ki, "BYD" markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.
Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasımov Səid Asif oğlu hadisə yerində həyatını itiriblər.
Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.
Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.
Oxşar xəbərlər
BYD Bakı Mərkəzinin nümayəndələri "E-Journey 2026" beynəlxalq texnologiya səfərində
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək













