Yusif Abdullayev: "20 il ərzində Azərbaycana 350 milyard dollardan çox investisiya yatırılıb"
Far.Az xəbər saytı

Yusif Abdullayev: "20 il ərzində Azərbaycana 350 milyard dollardan çox investisiya yatırılıb"


Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların ümumi məbləği 350 milyard ABŞ dollarını ötüb.

"Far.Az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, qeyd olunan məbləğin yarısı xarici kapital qoyuluşunun payına düşür: "Söhbət özəl investisiyalardan gedir. Neft sektoru 1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi idi. 2000-ci illərin əvvəllərindən irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Prioritet istiqamətlərdən biri də ölkənin həm neft, həm də qaz sənayesinin inkişafına böyük təkan verən qaz kəmərinin tikintisi olub".

AZPROMO rəhbərinin sözlərinə görə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi də dövlətin əsas vəzifəsidir.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər