Vüqar Bayramov: "Qadınların iqtisadi baxımdan güclənməsi üçün onlara daha çox güzəştli kredit verilməlidir"
Far.Az xəbər saytı

Vüqar Bayramov: "Qadınların iqtisadi baxımdan güclənməsi üçün onlara daha çox güzəştli kredit verilməlidir"


Azərbaycanda qadınların iqtisadi baxımdan güclənməsi üçün Azərbaycan Biznesinin İnkişafı Fondu daha çox güzəştli kredit verməlidir.

"Far.Az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkədə qadınların iqtisadi baxımdan güclənməsi onların maliyyə resurslarına çıxış imkanının artırılmasını tələb edir: "Ona görə daha məqsədəuyğun olardı ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadınlara kreditlərin təklif olunması prioritet istiqamətlərdən biri kimi göstərilsin. Hazırda həmin fondun təqdim etdiyi kreditlərdə qadın sahibkarların cəlb etdiyi kreditlərin payı birrəqəmlidir və təbii ki, prioritet istiqamət olaraq müəyyənləşməsi nəticə etibarilə qadınların güzəştli kreditlərə çıxış imkanlarını artıra bilər".

​Deputat qeyd edib ki, qadınlarla kişilərin əməkhaqqıları arasında fərq var: "Buna görə yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalının, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, xüsusi əmsallara vurulması və xüsusi əmsalların tətbiq edilməsi yolu ilə qadınlarımızın pensiya məbləğlərinin artırılması məqsədəuyğun olardı. Bu, xüsusən də qadınlarla kişilər arasında əməkhaqqı fərqi aradan qaldırılana qədər tətbiq edilə biləcək mexanizmdir".

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər