Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər
Far.Az xəbər saytı

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

"Report" xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva müəssisədə tərbiyə alan uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib və gündəlik məşğuliyyətləri ilə maraqlanıblar. Görüş çərçivəsində uşaqlarla birlikdə dulusçuluq nümunələri hazırlanıb. Onlar uşaqların yaradıcılıq prosesini izləyib, onlarla xoş vaxt keçirib və hədiyyələr təqdim ediblər.

Daha sonra uşaqlar üçün animasiya filmləri nümayiş olunub. Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birlikdə filmləri izləyiblər.

"Azərbaycan Animasiya Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlara "İsi və Piti" animasiya serialının bölümləri, eləcə də müxtəlif maarifləndirici və əyləncəli animasiya filmləri təqdim olunub. Nümayiş olunan filmlər uşaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbir uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı və milli animasiya filmlərinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər