Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə respublikanın ayrı-ayrı rayonlarında yağışın intensiv və güclü olacağı, bəzi dağlıq rayonlarda qarla əvəzlənməsi ehtimalı var.
"Report" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı tövsiyə edir.
“Verilən xəbərdarlıq, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti avtonəqliyyat vasitələrinin sürücülərindən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında ehtimal olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətlər yaratmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini aşmamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sentyabr ayının hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
DYP: Əlverişsiz hava şəraitində sürücülər sürət həddini minimuma endirməlidir
Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Epilepsiyanın beyin sağlamlığını məhv etdiyi müəyyən olunub
-
Trampla Putinin danışıqlarına hazırlıq görülür
-
Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
-
Fransada müxalifət yanvarın 16-da hökumətə etimadsızlıq səsverməsi tələb edə bilər
-
Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
-
"Barselona" "Real Madrid"lə matçda rekorda imza atıb