Azərbaycan su ehtiyatlarının idarə olunması təcrübəsini Mərkəzi Asiya ilə bölüşməyə hazırdır
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının strateji idarə olunması, su infrastrukturunun modernləşdirilməsi və bu sahədə rəqəmsal texnologiyaların tətbiqi üzrə təcrübəsini bölüşməyə hazırdır.
"Far.Az"un Qazaxıstan bürosunun məlumatına görə, bunu su gündəliyinə həsr olunmuş beynəlxalq tədbirin kuluarlarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, su təhlükəsizliyi, iqlim dəyişikliyi, transsərhəd su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf məsələlərinin bu səviyyədə müzakirəsi xüsusi əhəmiyyət kəsb edir.
"Bu gün su məsələsi artıq yalnız ekoloji və ya texniki mövzu deyil. Bu, ərzaq və enerji təhlükəsizliyi, şəhərsalma və regional sabitliklə birbaşa bağlı olan strateji məsələdir", - Bayramov qeyd edib.
O vurğulayıb ki, iqlim dəyişikliyi fonunda su ehtiyatlarına təzyiq dünyanın bir çox bölgələrində, o cümlədən Mərkəzi Asiya və Azərbaycanda da artır.
"Azərbaycan və Mərkəzi Asiya ölkələri su ehtiyatları sahəsində oxşar xüsusiyyətlərə malikdir. Su ehtiyatlarının əhəmiyyətli hissəsi ölkə hüdudlarından kənardan – transsərhəd çaylardan daxil olur. Temperaturun artması və buzlaqların əriməsi bizim üçün ümumi risklər yaradır", - deyə Bayramov bildirib.
O əlavə edib ki, Azərbaycan su ehtiyatlarının institusional idarə olunması sahəsində təcrübəsini bölüşə bilər. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə su ehtiyatlarının səmərəli istifadəsi üçün effektiv dövlət mexanizmi formalaşdırılıb.
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" və Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində infrastrukturun modernləşdirilməsinə və idarəetmənin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilir.
Bayramovun sözlərinə görə, mühüm istiqamətlərdən biri alternativ su mənbələrinin inkişafıdır:
"Azərbaycan Xəzər dənizindən suyun duzsuzlaşdırılması üzrə iri layihələrin icrasına başlayıb. Dəniz suyunun emalı və təmizlənmiş tullantı sularının təkrar istifadəsi sahəsində müasir texnoloji həllər region ölkələri üçün effektiv model ola bilər".
O həmçinin su ehtiyatlarının idarə olunmasında rəqəmsallaşmanın vacibliyini vurğulayıb:
"Biz SCADA sistemlərinin, rəqəmsal monitorinqin, coğrafi informasiya sistemlərinin və suyun real vaxt rejimində uçotunun tətbiqi üzrə ciddi təcrübəyə malikik. Bundan əlavə, kənd təsərrüfatında müasir suya qənaət edən suvarma sistemlərinin subsidiyalaşdırılması mexanizmləri də region üçün maraqlı ola bilər".
Bayramov sonda qeyd edib ki, bu cür beynəlxalq platformalar ölkələr arasında həm siyasi dialoqu, həm də praktiki əməkdaşlığı gücləndirir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi
-
Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq













