Serbiya hökuməti NIS-ə dövlət ehtiyatlarından 66 min tonadək xam neft ayırıb
Far.Az xəbər saytı

Serbiya hökuməti NIS-ə dövlət ehtiyatlarından 66 min tonadək xam neft ayırıb


Serbiyanın müvəqqəti hökuməti JANAF neft kəmərində yaranmış zədələnmə səbəbindən xam neft tədarükündə yaranan fasilənin aradan qaldırılması məqsədilə Serbiya Neft Sənayesinə (NIS) dövlət ehtiyatlarından 66 min tonadək xam neftin verilməsi haqqında qərar qəbul edib.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qərar JANAF neft kəmərindəki zədələnmə nəticəsində xam neftin müntəzəm tədarükünün dayandırılması barədə məlumat əldə edildikdən sonra qəbul olunub.

Əsas məqsəd Pançevo Neft Emalı Zavodunun fəaliyyətinin davamlılığını və daxili bazarın fasiləsiz neft məhsulları ilə təchizatını təmin etməkdir.

Hökumətin məlumatında vurğulanıb ki, JANAF marşrutu ilə tədarükün alternativi yoxdur və bu marşrut olmadan Pançevo Neft Emalı Zavodunun fəaliyyəti mümkün deyil. Dövlət ehtiyatlarından neft ayrılması ilə kəmərdəki zədələnmənin əhali üçün yarada biləcəyi mənfi nəticələrin qarşısının alınması nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər