Mirzəyev: Azərbaycan Mərkəzi Asiya ilə Fars körfəzi arasında həyati əhəmiyyətli halqadır
Far.Az xəbər saytı

Mirzəyev: Azərbaycan Mərkəzi Asiya ilə Fars körfəzi arasında həyati əhəmiyyətli halqadır


Azərbaycan Mərkəzi Asiya ilə Fars körfəzi regionu arasında inteqrasiyanın, qarşılıqlı əlaqənin və iqtisadi tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri fəal şəkildə dəstəkləyir.

"Far.Az"un məlumatına görə, bunu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev "Asharq Al-Awsat" nəşrinə müsahibəsində bildirib.

Regional inteqrasiyadan danışan Mirzəyev Azərbaycanın strateji mövqeyinin onu Mərkəzi Asiya, Cənubi Qafqaz və Fars körfəzi regionunu birləşdirən həyati əhəmiyyətli halqaya çevirdiyini vurğulayıb. "Bu coğrafi üstünlük müasir nəqliyyat infrastrukturu ilə dəstəklənir ki, bu da Azərbaycana qlobal iqtisadi çağırışlar şəraitində iki region arasında ticarətə, investisiyalara və enerji axınlarına kömək etməyə imkan verir", - diplomat qeyd edib.

Səfir regional əməkdaşlıq mexanizmlərinin müasir qlobal iqtisadi və geosiyasi problemlərin həllində getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu kontekstdə Mirzəyev iri nəqliyyat layihələrini - Orta dəhlizi və Zəngəzur dəhlizini xüsusi olaraq qeyd edərək, onları regional daşımalar, logistika, beynəlxalq ticarət və transsərhəd iqtisadi inteqrasiya üçün son dərəcə vacib adlandırıb.

"Onların (Orta və Zəngəzur dəhlizlərinin - red.) Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Türkiyəni Fars körfəzi regionu ilə birləşdirən daha sürətli, təhlükəsiz və səmərəli quru, dəmir yolu və dəniz əlaqələri yaratmaq qabiliyyəti qlobal təchizat zəncirlərinin təhlükəsizliyini gücləndirə və dünya ilə əlaqə kanallarını diversifikasiya etməyə çalışan Səudiyyə Ərəbistanının logistika strategiyası da daxil olmaqla, bütün tərəflər üçün perspektivli investisiya imkanları aça bilər", - diplomat bəyan edib.

Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığa toxunan Mirzəyev kapitalı birləşdirmək və onu prioritet sektorlara - kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, qabaqcıl texnologiyalar və infrastruktur, eləcə də ticarət və logistika xidmətlərinin inkişafına yönəltmək məqsədi daşıyan birgə investisiya fondunun yaradılması təklifinin aktivləşdirilməsi üzrə səylərin ardıcıl şəkildə irəlilədiyi qeyd edib.

Humanitar əlaqələrdən danışan səfir qeyd edib ki, turizm ikitərəfli münasibətlərin artımının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib - səudiyyəli turistlərin Azərbaycana axını durmadan artır və özünəməxsus mədəni və turizm istiqaməti kimi ölkəyə maraq güclənməyə davam edir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər