Ali məktəblər "Məzun günü"nü harada keçirəcək?
Far.Az xəbər saytı

Ali məktəblər "Məzun günü"nü harada keçirəcək?


Universitetlərdə təhsil alan tələbələr üçün "Məzun günü" unudulmaz və xüsusi günlərdən biri hesab olunur. Hər il olduğu kimi, bu il də müxtəlif ali təhsil müəssisələri məzun gecələrini fərqli tarix və məkanlarda təşkil etməyə hazırlaşır.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, azedu.az universitetlər arasında sorğu keçirərək məzun günlərinin harada və ayın neçəsi keçiriləcəyini öyrənib.

Sorğuya cavab olaraq Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, "Məzun günü" 12 iyunda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Azərbaycan Universitetindən (AU) bildirilib ki, bu barədə yekun qərar hələ yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə UNEC-in "Məzun günü" 30 iyunda Kristal Zalda olacaq.

Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, "Məzun günü"nün iyun ayın sonunda keçirilməsi nəzərdə tutulur. BMU ən geniş kampusa malik universitetlərdən biridir və hər il olduğu kimi "Məzun günü"nün universitetin kampusunda təşkil olunması nəzərdə tutulur.

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirilib ki, "Məzun günü" iyun ayının 19 da ATMU- nun həyətində keçiriləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) verilən məlumata görə, "Məzun günü" iyunun 22-si ADMİU-da keçiriləcək.

ADA Universitetində isə "Məzun günü" universitetdə keçiriləcək. Tarixi isə hələ məlum deyil.

Azərbaycan İdman Akademiyasından (AİA) bildirilib ki, "Məzun günü" akademiyada keçirliləcək.

Oxşar xəbərlər

Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər