Azərbayсan ət idxalının həcmini yeddi faizə yaxın azaldıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 15 min 530 ton ət idxal olunub.
Far.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gətirilən ətin dəyəri 37 milyon 297 min ABŞ dolları təşkil edib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 1 131 ton (6.7%) azalsa da, dəyər 3 milyon 283 min dollar (9.6%) artıb.
Hesabat dövründə ət idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 0.6%-nə bərabər olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 403 milyon ABŞ dolları təşkil edib. Bunun 11 milyard 879 milyon dolları ixracın, 5 milyard 525 milyon dolları isə idxalın payına düşüb.
Son bir ildə ixrac 35.2 %, idxal isə 32.1 % azalıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ
-
"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub
-
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
-
Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək













