Ukraynada mənzil sektoruna dəyən ziyan 90 milyard dollara yaxınlaşır
Ukraynada mənzil sektoru Rusiyanın müharibəsi nəticəsində ən çox zərər görən sahələrdən biridir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) federal əyalətlər və yerli hakimiyyət orqanları üzrə G33 bölməsinin rəhbəri Yeliz Berxt Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəher" adlı tədbirdə deyib.
Bildirilib ki, Ukraynada mənzil fondunun təxminən 14 %-i dağıdılıb və ya zədələnib: "Ümumi zərər və itkilərin həcmi isə 90 milyard ABŞ dollarına yaxın qiymətləndirilir. Hazırda 3,4 milyon məcburi köçkün, geri qayıdan şəxs və veteran kirayə mənzillərdən asılı vəziyyətdədir, lakin bu qruplar üçün əlçatan mənzil imkanları olduqca məhduddur. Mənzil bərpası yalnız binaların yenidən tikilməsi deyil. Bu, insanlar, ləyaqət və şəhərlər məsələsidir".
Onun sözlərinə görə, Almaniya Ukraynanın bərpasında mənzil sektorunu əsas istiqamətlərdən biri hesab edir: "Biz yalnız dağıdılmış binaları əvəz etmək istəmirik. Məqsədimiz daha təhlükəsiz, yaşıl və inklüziv şəhər mühiti yaratmaqdır. Mənzil siyasətinin əsas prinsipləri ilə bağlı çərçivə qanunu artıq qəbul edilib, sosial və əlçatan mənzil, həmçinin mənzil fondunun idarə olunması ilə bağlı əlavə qanunların hazırlanmasına ehtiyac var".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi













