Ərzaq təhlükəsizliyi, məhsuldarlığın artımı üçün hansı işlər görülməlidir?
Far.Az xəbər saytı

Ərzaq təhlükəsizliyi, məhsuldarlığın artımı üçün hansı işlər görülməlidir?


"Azərbaycan Prezidentinin fərmanı ilə qəbul edilən "Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi rayonların və kəndlərin mədəni simasının dəyişilməsinə dəstək olmaqla bərabər, həm də kənd təsərrüfatının inkişafına çox böyük imkanlar yaradıb. Kənd təsərrüfatına subsidiya qoyuluşu, güzəştli kreditlərin verilməsi, vergi güzəştləri sahibkarlığın inkişafına təkan verib və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün şərait formalaşdırıb. Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə isə aqrar sektorda əldə olunan nailiyyətlərə nəzər salınmaqla yanaşı, bu sahədə olan problemlər, qarşıda duran vəzifələr geniş müzakirə olundu".

BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Ərzaq təhlükəsizliyi, məhsuldarlığın artımı üçün hansı işlər görülməlidir?

O bildirib ki, Prezidentin müşavirədəki çıxışı aqrar sektorun inkişafı üçün yol xəritəsidir:

"Cənab Prezident son vaxtlar kənd təsərrüfatı istehsalında dinamikanın onu qane etmədiyini bildirdi. Sözsüz ki, əvvəlki illərə nisbətən pambıqçılıq, taxılçılıq, heyvandarlıq və digər sahələrdə müəyyən qədər irəliləyişlər olsa da, ancaq məhsuldarlığın artımı yetərincə deyil. Keçən il 360 min tondan çox pambıq, 3 milyon tondan çox taxıl, əvvəlki illərlə nisbətən xeyli dərəcədə üzüm, şəkər çuğunduru, bitkiçilik məhsulları istehsal edilsə də, bu gün torpaqlardan yenə də səmərəli istifadə olunmur, məhsuldarlıq xeyli aşağıdır.

Cənab Prezident öz çıxışında subsidiya mexanizminin təkmilləşidirilməsinə, şəhərdən kəndə əhalinin köç etməsinə, torpaqdan, sudan, ümumiyyətlə təbii ehtiyatlardan, texnikadan istifadə olunmasına, ailə təsərrüfatlarının inkişafına, yeni su anbarlarının yaradılmasına, soyuducu anbarların təşkilinə diqqəti cəlb edib. Bu sahədə mühüm işlərin görülməsinin vacibliyini vurğuladı və hər hektardan götürülən məhsulun həcminin artırılmasının əhəmiyyətini vurğuladı. Bu baxımdan, ərzaq təhlükəsizliyinin təmin olunması üçün mütləq məhsuldarlıq yüksəldilməli, əkin sahələrindən daha çox məhsulun götürülməsinə çalışmalıyıq. Bu gün ölkədə hər hektardan 3.6 ton pambıq, 3.2 ton taxıl istehsal edilir ki, bu da münbit torpaqlar üçün elə də yüksək göstərici deyil. Məsələn, bir çox ölkələrdə bu gün hər hektardan 70-80 sentner taxıl götürülür".

"Cənab Prezident qarşıda duran vəzifələrin daha səmərəli icrası üçün proqramının təsdiq edilməsinin vacibliyini bildirdi və elə müşavirədən sonra Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair "2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi ilə bağlı sərəncam imzaladı.

Proqramda kənd təsərrüfatının gələcək inkişafı üçün 6 milyard manata yaxın sərmayənin qoyulması nəzərdə tutulub və dayanıqlı, rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, məhsuldarlığın yüksəldilməsi, innovativ tədbirlədən geniş istifadə olunması, elmi nailiyyətlərə, qabaqcıl təcrübəyə yüksək yer verilməsi öz əksini tapıb.

Bu sənəd ümid verir ki, kənd təsərrüfatı gələcəkdə daha da sürətlə inkişaf edəcək və əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasına, onların kənddə qalıb işləməsinə, ölkənin ərzaq təhlükəsizliyinə layiqli töhfə verəcək", - deyə komitə sədri vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər