Paşinyan: Ermənistan Rusiya ilə sakit və əsəbsiz işləyəcək - ƏLAVƏ OLUNUB
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan bütün məsələlərin həlli üçün rus tərəfdaşlarla sakit və ardıcıl şəkildə işləməyi nəzərdə tutduğunu bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Bizim strategiyamız dəyişməz olaraq qalır: Rusiyalı həmkarlarımızla sakit, əsəbsiz, səbirlə işləyəcəyik və bütün problemləri həll edəcəyik", - o, Rusiyanın qaz və digər resursların tədarükünə dair sazişlərin yenidən nəzərdən keçirilməsi ehtimalı barədə bəyanatlarını şərh edərkən bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan müxtəlif tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməyə davam edəcək və xarici əlaqələri şaxələndirməyə çalışır.
"Ermənistan və Rusiya münasibətləri transformasiya mərhələsindədir. Bunu müsbət transformasiya hesab edirəm", - Paşinyan əlavə edib.
Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatına heç nə təhlükə yaratmır, çoxmilyardlıq investisiyalar gözlənilir.
"Əminəm ki, həll yolları tapılacaq. Əminəm ki, Avrasiya İqtisadi İttifaqı rıçaqlar bütün məsələlərin həllini konstruktiv yolla tapmağa imkan verəcək. Lakin dərinliyində təhdidlər ehtiva edən bəyanatlar səsləndikdə, bu, qərarlar qəbul etmək və bütün münasibətləri, o cümlədən iqtisadi münasibətləri balansa gətirmək lazım olduğuna dair daha bir arqumentdir", - Paşinyan bildirib.
O qeyd edib ki, Rusiyadan alınan məktub "bizim üçün yenilik deyil".
"Son səkkiz il ərzində biz bir neçə dəfə belə məktublar almışıq. Lakin biz yaranan problemləri elə həll edirdik ki, vətəndaşlar bunu hiss etmirdilər", - Paşinyan deyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Paşinyan: Ermənistan Rusiya ilə sakit və əsəbsiz işləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub
-
Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ
-
Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək
-
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub













