Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib
Far.Az xəbər saytı

Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib


Prezident İlham Əliyev Şanlı Zəfərdən sonra - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd etdiyini və bunun, artıq bir ənənəyə çevrildiyini bəyan edib.

"Report" xəbər verir ki, Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə dövlət başçısı bildirib ki, onun fikrincə bu ən düzgün seçimdir:

"Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir. Bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir. Amma o da faktdır ki, o vaxt - 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi iki il çəkdi. Onu o vaxt saxlaya bilmədik, əlimizdən alındı. Ondan sonra 70 il müstəqil dövlət kimi yaşamadıq", - o deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər