Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Far.Az xəbər saytı

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib


Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Prezident İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, xalqın müstəqillik yolunda keçdiyi mübarizədən danışıblar.

Tədbirlərdə Azərbaycanın islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət olması xüsusi vurğulanıb.

Sonra hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, videoçarxlar, sənədli filmlər nümayiş etdirilib, hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, bayram süfrələri təşkil edilib.

Müdafiə nazirinin tapşırığına əsasən bayramlar münasibəti ilə Bakı şəhərində, eləcə də respublikanın digər bölgələrində şəhidlərin məzarları ziyarət olunub, ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib, onlara bayram sovqatları təqdim olunub və Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb.

Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub.

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər