Gürcüstan və ABŞ rəsmiləri "Orta Dəhliz"i müzakirə edib
Far.Az xəbər saytı

Gürcüstan və ABŞ rəsmiləri "Orta Dəhliz"i müzakirə edib


Gürcüstanın Baş nazirinin müavini və hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər strateji tərəfdaşlığın yenilənməsi və müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə diqqət yetiriblər.

Müzakirələrdə regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri də ön plana çıxıb.

Xüsusilə "Orta Dəhliz"in əhəmiyyəti vurğulanaraq, Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit və logistika mərkəzi kimi rolu qeyd olunub. Bildirilib ki, regionda artan geosiyasi və iqtisadi maraqlar fonunda Gürcüstan etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Tərəflər milli maraqları nəzərə alaraq ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. Görüşdə Hökumət Administrasiyası rəhbərinin müavini Avtandil Kunçulia da iştirak edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər