İsrail BMT Baş Katibinin ofisi ilə əlaqələrini kəsib
Far.Az xəbər saytı

İsrail BMT Baş Katibinin ofisi ilə əlaqələrini kəsib


İsrail BMT-nin Baş katibi Antonio Quterreşin ofisi ilə əməkdaşlığı dayandırdığını və onun strukturu ilə əlaqə saxlamayacağını bildirib.

"Report" xəbər verir ki, qərar, İsrail strukturlarının münaqişə zonalarında cinsi zorakılıqla bağlı BMT hesabatına daxil edilməsi ilə əlaqələndirilir və orada onların HƏMAS qrupu ilə birlikdə siyahıya alındığı bildirilir.

İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, İsrail missiyası Quterreşin səlahiyyət müddəti ərzində onun ofisi ilə bütün əlaqələri dayandıracaq. O, BMT-nin qərarını mənəvi qalmaqal adlandırıb və Baş katibin İsraili HƏMAS və digər terror təşkilatları ilə bir sıraya qoyduğunu bildirib.

Qeyd olunub ki, danışıqlar zamanı İsrail ittihamlara cavab olaraq sənədlər və izahatlar təqdim edib. Lakin, bu səylərə baxmayaraq, İsrail qurumlarının siyahıya daxil edilməsi davam etdirilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər