Binəqədi yolunda yaranan iri çuxurlar sürücülərin işini çətinləşdirib
Far.Az xəbər saytı

Binəqədi yolunda yaranan iri çuxurlar sürücülərin işini çətinləşdirib


Hərəkətin intensiv olduğu yolda yaranan iri çuxurlar sürücüləri çətin vəziyyətdə qoyub.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonundakı eyni adlı şosedən gedir.

Həmin şosenin ''Deeska Yolu'' kimi tanınan ərazi ilə kəsişməsində yaranan iri çuxurlar sürücülərin gündəlik hərəkətini çətinləşdirib. Burada kanalizasiya quyularının ətrafında əmələ gələn çökmələr avtomobillərin hər iki istiqamətdə hərəkətinə mane olur. Sürücülərin sözlərinə görə, kanalizasiya sularının yolun üzərinə çıxması asfalt örtüyünün dağılmasına səbəb olub. Nəticədə həmin hissədə dərin çuxurlar yaranıb.

Kəsişmədə yaranan vəziyyət xüsusən pik saatlarda daha ciddi problemə çevrilir. Nəzərə alsaq ki, hələ bayram günləridir yəni nisbətən də olsa yolda avtomobil azdır, bununla belə, burada tıxac yaranıb. Sürücülər bildirirlər ki, yolun dağılmış hissəsi avtomobillərin alt işlək hissələrinə ziyan vurur və tez-tez texniki problemlər yaradır.

Sürücülər deyirlər ki, mövcud vəziyyət bir aya yaxındır davam edir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, sözügedən yerdə səth sularının kənarlaşdırılması ilə bağlı problem yaranıb. Bununla bağlı aidiyyəti quruma məlumat verilib.

"Həmin qurum tərəfindən yaxın günlərdə problemin aradan qaldırılması və tərəfimizidən asfalt örtüyünün bərpası nəzərdə tutulub"- deyə Agentlikdən bildirildi.

Ətraflı videomaterialda:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər