ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
ABŞ Keniyada Ebola virusuna yoluxma şübhəsi olan amerikalı vətəndaşlar üçün xüsusi karantin mərkəzi yaradır.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, xəstəlik əlamətləri üzə çıxan şəxslər ABŞ-yə aparılmayacaq. Zərurət yarandıqda onların üçüncü ölkələrə təxliyəsi təşkil ediləcək.
Keniyadakı obyekt virusla təmasda olmuş, lakin hələ əlamətləri olmayan yüksək riskli qrupa daxil amerikalılar üçün nəzərdə tutulub. Mərkəz cümə günü fəaliyyətə başlayacaq və ilk mərhələdə 50 nəfərlik olacaq. Gələcəkdə orada biokonteyner və təcrid bloklarının qurulması planlaşdırılır.
Qərar hələlik təsdiqlənmiş peyvəndi və spesifik müalicəsi olmayan "Bundibugyo" ştammının yayılması fonunda qəbul edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. İlkin məlumatlara görə, 900-dən çox şübhəli yoluxma halı və 200-dən çox ehtimal olunan ölüm qeydə alınıb.
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun Ebola hadisələrinin ABŞ ərazisinə daxil olmasına imkan verməyəcəyini bəyan edib. Keçən həftə Amerikada son 21 gün ərzində Konqo, Uqanda və ya Cənubi Sudanı ziyarət etmiş şəxslər üçün giriş məhdudiyyətləri tətbiq olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
-
Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək
-
"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub
-
Ceyhun Bayramov: Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır













