Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
Far.Az xəbər saytı

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq


İstehsalatda bədbəxt hadisələr nəticəsində əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, Nazirlər Kabineti bununla bağlı qaydalardan birini təsdiqləyib, digərində isə dəyişiklik edib.

Dəyişikliklər əlillik dərəcəsinin daha şəffaf və konkret meyarlar əsasında müəyyən edilməsinə imkan yaradacaq. Yeni qaydalara əsasən, əlillik dərəcəsinin təyin olunması üçün xüsusi formuladan istifadə ediləcək.

Millət vəkili qeyd edib ki, yeni qaydalar proseslərin elektronlaşdırılmasını da nəzərdə tutur.

Deputat vurğulayıb ki, yeni mexanizmlərin tətbiqi istehsalat qəzaları zamanı əlillik dərəcəsinin daha operativ, şəffaf və vahid meyarlar əsasında müəyyənləşdirilməsinə imkan yaradacaq.

Ətraflı videomaterialda:

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
FHN-də yol qəzaları zamanı zərərçəkmişlərin xilas edilməsi bağlı təlim keçirilib
Yeni qaydalar əlillik dərəcələrinin alınmasını asanlaşdıracaqmı? - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər