DƏHŞƏT! - Altıotaqlı fərdi yaşayış evi yanıb KÜL OLDU
Far.Az xəbər saytı

DƏHŞƏT! - Altıotaqlı fərdi yaşayış evi yanıb KÜL OLDU


Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr (6 otaqlı ev - red.) olan ev yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Sumqayıt sakininin evi yanaraq kül oldu
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Bakı-Qazax yolunda "Vito" yanıb KÜL OLDU
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər