AZANS qlobal aviasiya platformasında strateji razılaşmalar əldə edib
Far.Az xəbər saytı

AZANS qlobal aviasiya platformasında strateji razılaşmalar əldə edib


"Azerbaijan Airlines" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) "Airspace World 2026" beynəlxalq sərgisində "DFS Aviation Services" (DAS), "UK CAAI", "NATS" və "Rohde & Schwarz" daxil olmaqla beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq təşəbbüslərini elan edib.

"Report" bu barədə AZAL-a istinadən xəbər verir. Əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq və regional hava limanlarında yeni nəsil ATM sistemlərinin inkişafını, aeronaviqasiya infrastrukturunun rəqəmsal transformasiyasını, uçuşların təhlükəsizlik idarəetmə sistemlərinin (SMS) gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqini və əməliyyat dayanıqlığının artırılmasını əhatə edir.

"Airspace World 2026" Tədbir və "CANSO Leadership Summit" sammiti çərçivəsində AZANS nümayəndə heyəti həmçinin "ICAO", "EUROCONTROL", "HungaroControl", "INDRA", "Aireon", "Think Research", "ERA", "Gesab" və digər beynəlxalq təşkilat və şirkətlərin nümayəndələri ilə danışıqlar aparıb. Görüşlər zamanı regional koordinasiya, rəqəmsal inteqrasiya, hava hərəkətinin dayanıqlılığı və gələcək beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Airspace World" dünyanın aparıcı aviasiya platformalarından biri hesab olunur. Tədbirdə 140-dan çox ölkədən nümayəndələr, 200-dən artıq şirkət və 10 000-dən çox beynəlxalq iştirakçı iştirak edib. "Airspace World 2026" çərçivəsində AZANS öz stendi ilə təmsil olunaraq Azərbaycanın aeronaviqasiya sistemini və ölkənin strateji tranzit potensialını beynəlxalq aviasiya ictimaiyyətinə nümayiş etdirib.

AZANS beynəlxalq media brifinqində təqdimatla çıxış edərək dəyişən geosiyasi reallıqlar fonunda qlobal hava hərəkəti axınlarının transformasiyası, Avropa - Asiya marşrutlarında struktur dəyişiklikləri, regional koordinasiya, yüksək tranzit trafik şəraitində əməliyyat dayanıqlığının təmin olunması, eləcə də Azərbaycanın hava məkanında artan hava hərəkəti həcmlərinin effektiv idarə olunması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırıb.

AZANS rəhbərliyi həmçinin "Yeni geosiyasi dövrün çağırışları şəraitində hava məkanının gücləndirilməsi: texnologiyalar, dayanıqlılıq və mülki-hərbi əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq panel müzakirəsində iştirak edib.

Panel çərçivəsində müasir hava məkanının təhlükəsizliyi, əməliyyat çevikliyi, mülki-hərbi koordinasiya, rəqəmsal transformasiya və dayanıqlı ATM həllərinin rolu ilə bağlı aktual məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
AZANS Lissabonda keçirilən "Airspace World 2025" sərgisindəki yekunlarını elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər