EAPCA Niderland parlamentinin Azərbaycan əleyhinə qətnaməsinə etiraz müraciəti təqdim edib
"Avro-Atlantik Azərbaycanlılar Tərəfdarlıq Şurası" (EAPCA) Niderland parlamentinin Nümayəndələr Palatasının bu il aprelin 16-də Haaqada Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qərəzli və birtərəfli qətnaməyə görə qurumun Xarici əlaqələr komitəsinə müraciət təqdim edib.
Bu barədə "Far.Az"a EAPCA-nın rəhbəri Sahil Qasımov məlumat verib.
O, mayın 26-da rəsmi müraciəti Niderland parlamentinin Xarici əlaqələr komitəsinin katibi Arjen Vesterhofa və krallıq əlaqələri və xarici işlər üzrə katib Cenifer Riçardsona təqdim edərək onun məzmunundan bəhs etdiyini bildirib:
"Görüşdə EAPCA İdarə Heyətinin üzvü Ofelya Babayeva, qurumun gənc üzvləri Mendi Vijnqart, Umut Demirtaş, əslən Ağdamdan olan, Niderlandın "Müharibə hekayələri" adlı cəmiyyətinin rəhbəri İlkane van den Berg iştirak ediblər. Müraciətdə deyilir ki, Niderland parlamenti bir daha obyektivlik, beynəlxalq hüquq normaları və ədalətli yanaşma prinsiplərindən uzaq mövqe sərgiləyib, regionda baş verən proseslərə selektiv və siyasi maraqlar prizmasından yanaşıb. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini təmin edib, bölgədə davamlı sülhün və əməkdaşlığın qurulması istiqamətində ardıcıl addımlar atıb".
S.Qasımov müraciətdə həmçinin Niderland parlamentinin Azərbaycana qarşı ikili standartların tətbiq etməsi anlaşılmaz və beynəlxalq hüquqa zidd olmasının vurğulandığını söyləyib:
"Niderland parlamentinin Azərbaycana qarşı intensiv olaraq qəbul etdiyi bu qəbildən olan sənədlər kampaniya xarakteri alıb. Belə bir dövrdə qəbul edilmiş bu cür qərəzli qətnamələr revanşist qüvvələri daha da ruhlandırır. EAPCA Niderland parlamentini Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etməyə çağırır. Avro-Atlantik Azərbaycanlılar Tərəfdarlıq Şurası" bu coğrafi məkanda yaşayan azərbaycanlıların səsini ifadə edir".
Arjen Vesterhof da öz növbəsində EAPCA-nın müraciətini Niderland parlamentinin Xarici əlaqələr komitəsinə təqdim ediləcəyini və qurum üzvlərindən aldığı məlumatları ölkə parlamentinin Nümayəndələr Palatasının üzvlərinə çatdıracağını vurğulayıb.
Oxşar xəbərlər
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
-
Muxtar Babayev BMT baş katibinin müavini ilə iqlim məsələlərini müzakirə edib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq













