Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
"Report"un Balkan bürosu xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan və Serbiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev bu günün önəmindən bəhs edərək vurğulayıb ki, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası Şərqdə ilk dünyəvi və demokratik parlament respublikası olub.
Səfir bildirib ki, son illərdə Azərbaycanla Serbiya arasındakı səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb:
"İqtisadi əməkdaşlığımız uğurla inkişaf edir və daha böyük potensial daşıyır. Mədəni əlaqələr möhkəmlənir. Təhsil, idman, gənclik siyasəti, ailə və gender bərabərliyi sahəsindəki siyasət, ətraf mühitin mühafizəsivə bir çox digər sahələrdə əməkdaşlıq sürət qazanır".
Tədbir mədəni proqramla davam edib. Məşhur serb opera ifaçısı Yasmina Trumbetaş "Koroğlu" operasından Nigarın ariyasını ifa edib. Daha sonra Azərbaycan xalq mahnısı "Sarı gəlin" ifa olunub. Əsər skripkada Katarina Nenadoviç, fortepianoda isə Mina Ristiç Yoniç müşayiət olunub.
Yekunda bu il 120 illik yubileyini qeyd etdiyimiz görkəmli Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeiri Belqrad Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının üçüncü kurs tələbələri - Tara Kontsuliç və Mariya Boroyeviç tərəfindən Azərbaycan və serb dillərində səsləndirilib. Şeir serb dilinə ADU-nun Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı tərəfindən tərcümə olunub.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Belqrad – tarixlə müasirliyin qovuşduğu şəhərdən REPORTAJ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək
-
Azərbaycanın U-21 millisi Bakıda təlim-məşq toplanışına start verib
-
KXDR nüvəsizləşdirmə ehtimalını istisna edib
-
Makron Norveçin Fransanın nüvə çəkindirmə proqramında iştirakını vacib adlandırıb
-
Fuad Nağıyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının konqresində iştirak edəcək
-
Sosial şəbəkələrdə yeni "abituriyent tələsi": Balları artırmaq adı ilə valideynləri necə aldadırlar?













