FHN-də XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirildi
Far.Az xəbər saytı

FHN-də XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirildi


Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində "Gənc xilasedici və yanğınsöndürən" XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışda Regional Mərkəzin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış "Kombinə edilmiş yanğın estafeti", "Komandaların təqdimatı" və "Gənc ekspertlər" adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Neftçala rayonu, Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin komandası I yerə, Salyan rayonu, Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Saatlı rayonu, Əlisoltanbəyli kənd tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər