Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən əhalinin ixtiyarına verilib.
"Report"un Prezidentin izi ilə Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, divarlarında aşınmalar və zədələnmələr aşkar edilən mərkəzdə yenidənqurma işləri aparılıb.
Əsaslı təmir edilən Mədəniyyət Mərkəzi yenidən qurularaq istifadəyə verilib. Burada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, təlim, məşğələ, yaradıcılıq, inzibati idarəetmə, həmçinin turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Üçmərtəbəli binada müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, akt və kino zalları, kassa və suvenir mağazası, bufet fəaliyyət göstərəcək. 348 yerlik tamaşa yeri olan mərkəzdə film nümayişi, tamaşa, təqdimat, konsert, rəsmi görüş və digər tədbirlərin keçirilməsi üçün, yüksək şərait təmin edilib.
Qeyd edək ki, mərkəz şəhərdə kütləvi tədbirlərin keçiriləcəyi əsas məkanlardan biri olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək













