Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb
Ağdərə rayonu Baş Güney kəndində insana məxsus sümük qalıqları aşkar edilib.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, aşkar edilən sümük fraqmentlərinin Qəribov Balay Ələsgər oğlunun ailə üzvlərinə aid olduğu ehtimal edilir.
Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərovun axtarışları zamanı aşkarlanıb.
Qeyd edək ki, 1992-ci il mart ayının 12- si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən 5 nəfərlik ailə üzvü, 1890-cı il təvəllüdlü Qəribov Balay Ələsgər oğlu, onun həyat yoldaşı 1928-ci il təvəllüdlü İsmayılova Saray Eyvaz qızı, qızları 1946-cı il təvəllüdlü Ələsgərova Zabilə Balay qızı, 1954-cü il təvəllüdlü Ələsgərova Ramilə Balay qızı və nəvəsi 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz Aydın qızının taleyindən heç bir xəbər alınmayıb.
Tapılan sümük fraqmentləri aidiyyatı qurumlar tərəfindən təhqiqat üçün götürülərək ekspertizaya təqdim edilib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend?
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Yunus Sadıqov: "Dövlət Proqramı meyvə-tərəvəz sektorunu yeni inkişaf modelinə keçirəcək"
-
Azərbaycan Suriyada 1000 ailəyə humanitar yardım göstərib













