Azərbaycan banklarına depozit qoyuluşu azalıb
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat təşkil edib.
"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 0,9 %, ötən il mayın 1-nə nisbətən isə 0,2 % azdır.
Depozit portfelinin 47,4 %-i, yaxud 19 milyard 608,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,6 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,8 % artaraq 17 milyard 641,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22 % artaraq 4 milyard 87,4 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 169,3 milyon manatı (1 il əvvələ nisbətən 4,1 % az) qısamüddətli, 19 milyard 168,1 milyon manatı (4,7 % çox) isə uzunmüddətli olub.
Oxşar xəbərlər
Azərbaycanda bank depozitləri il ərzində 2 %-dən çox artıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 9 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













