Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Fransanı məğlub edərək qrup lideri olub
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında qrupu lider kimi başa vurub.
"Far.Az"un Bratislavaya ezam olunmuş əməkdaşının məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı üçüncü matçında Fransa ilə üz-üzə gəlib.
"Tipos Arena"dakı qarşılaşma komandamızın qələbəsi ilə bitib - 3:2.
Birinci hissərə rəqib oyunçu avtoqol müəllifi olub. İkinci hissədə Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər. Qrupun digər oyununda Avstriya İtaliyanı beş cavabsız qolla üstələyib.
Daha əvvəl Avstriya (1:0) və İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi xallarının sayını 9-a çatdırıb və qrup lideri olub. Komanda növbəti mərhələyə vəsiqəni ötən tur rəsmiləşdirib. Fransa 4 xalla ikinci, Avstriya 3 xalla üçüncü, İtaliya 1 xalla sonuncu yeri tutub.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Milli komandamızın atleti Slovakiyada keçirilən Avropa çempionatında medallar qazanıb
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













