Şəmsi Məhərrəmov: Əcnəbilərin Ukraynaya səfərinə nəzarət çox ciddiləşib
"Müharibə dövründə Ukrayna hüquq mühafizə orqanları tərəfindən ölkəyə əcnəbilərin səfərinə nəzarət çox ciddiləşib".
Bunu "Far.Az"un Şərqi Avropa bürosuna Ukraynada azərbaycanlı vəkil Şəmsi Məhərrəmov bildirib.
"Bu istər Ukraynaya girişdə, istərsə də ölkə daxilində sənədləşmədə özünü göstərir. Buna görə də biz məsləhət görərdik ki, əsasən Azərbaycan vətəndaşları Ukraynaya səfər edərkən gəlmə səbəbini düzgün göstərməlidirlər. Məsələn, iş ilə bağlı gəlirlərsə, aidiyyəti şirkətdən məktub olmalıdır. Yaxud təhsil üçün gəlirlərsə, aidiyyəti yerdən sənəd olmalıdır. Yaxud əgər artıq Ukraynanın daxilində yaşama icazəsi alarkən səbəb real göstərsinlər.
Əks halda bəlli bir zamandan sonra, Ukrayna Miqrasiya Xidməti və hüquq mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində bir çox xarici vətəndaşların yaşamaq icazəsi ləğv olunur. Nəticədə onlar deportasiya edilirlər. Söhbət, saxta əsaslarla yaşamaq icazəsi alan şəxslərdən t gedir"deyə, Ş. Məhərrəmov əlavə edib.
Vəkil qeyd edib ki, Ukraynaya gələnlərin Moldovaya girişdə yaşadıqları problemlər əsasən səfər səbəbi ilə bağlı sənədin olmamasıdır: "Yaxşı olardı ki, üzərilərində dəvətnamə, yaxud, varsa Ukraynada yaşamaq və iş icazəsi ilə bağlı sənəd olsun".
Qeyd edək ki, Ukraynada müharibə başlayan gündən ölkənin hava məkanı bağlanıb. Azərbaycan vətəndaşları əsasən Moldova vasitəsi ilə Ukraynaya gedib gəlirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Kolumbiyada prezident seçkiləri keçirilir













