Yeddi illik baxımsızlıq: Gəncə sakinlərinin yol problemi
Far.Az xəbər saytı

Yeddi illik baxımsızlıq: Gəncə sakinlərinin yol problemi


Gəncə şəhəri, Aşıq Ələsgər küçəsinin sakinləri yaşadıqları ərazidə yolların uzun müddətdir baxımsız vəziyyətdə qalmasından şikayət edərək Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlərin sözlərinə görə, son günlər yağan aramsız yağışlar hərəkəti daha da çətinləşdirib.

"Bu küçə əvvəllər asfalt idi. Kanalizasiya xətti çəkiləndən sonra yolu qazıb dağıtdılar. Özüm də burada yıxılıb xəsarət almışam. Təcili tibbi yardım, taksi buraya gəlməkdə çətinlik çəkir. Yeddi ildir bu vəziyyət davam edir", - sakinlərdən biri bildirib.

Digər sakin isə narazılığını belə ifadə edib:

"77 yaşım var. Bu yolda yıxılmışam. Bu vəziyyətə niyə əncam çəkilmir?!".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Xaçmazda aramsız yağan leysan nəticəsində 537 evi su basıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər