Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
Far.Az xəbər saytı

Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır


İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən, bir hissəsi isə ölkənin xüsusi şəraitindən yaranan təzyiqlərdən qaynaqlanır.

"Far.Az"un "Tasnim" agentliyinə istinadən məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

O qeyd edib ki, hökumət ölkənin mövcud çətinliklərdən ən az xərc və zərərlə çıxması üçün var gücü ilə çalışır.

M. Pezeşkianın sözlərinə görə, ölkənin sosial kapitalının gücləndirilməsi və problemlərin həlli xalqa dürüst davranmaqdan asılıdır:

"Çətin şəraiti dəf etmənin və güclü, sabit gələcəyə çatmağın yolu sosial kapitala, milli birliyə və İranın qurulmasında hamının iştirakına güvənməkdir".

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər