Türkiyədən Azərbaycana 500 min manatlıq siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsi tərəfindən keçirilmiş kompleks gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.
"Report" komitəyə istinadən xəbər verir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə edilərək Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsindəki "gübrə" yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilmiş 1 milyon 500 min manat dəyərində, 1000 karton qutuda 10 milyon ədəd "Boston" markalı müvafiq nişanlanması olmayan siqaretin qaçaqmalçılığı faktı aşkarlanıb və onun törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb, cinayətlərin törədilməsində iştirakı müəyyən edilmiş şəxslərdən 3 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətlərin törədilməsində iştirakı olan bütün şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Milyonluq qaçaqmalçılıqla bağlı DGK-nın vəzifəli şəxsləri həbs edilib, axtarışa verilənlər var
DGK-nın milyonluq qaçaqmalçılıqla bağlı vəzifəli şəxsləri həbs edilib, axtarışa verilənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qobustanda ağır qəza: Ölən var
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
-
Balakəndə sel: 400-dən çox ev su altında qaldı
-
AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib













