La Liqa: “Real” səfərdə “Selta”dan üstün olub
Far.Az xəbər saytı

La Liqa: “Real” səfərdə “Selta”dan üstün olub


İspaniya La Liqasının 10-cu turu çərçivəsində “Selta Viqo” “Real Madrid”i qəbul edib.

“Report” xəbər verir ki, Viqo şəhərinin “Balaidos” stadionunda baş tutmuş qarşılaşmanı baş hakim Alexandro Hernandes idarə edib.

Matçda ilk qolu, gözlənildiyi kimi, paytaxt təmsilçisi vurub: 20-ci dəqiqədə fransalı hücumçu Kilian Mbappe baxımlı qola imza atıb. 51-ci dəqiqədə “keltlər” status-kvonu bərpa ediblər: isveçli yarımmüdafiəçi Villiot Teo Svedberq qapıçı Tibo Kurtuanı məyus edib. Bununla belə, “Selta Viqo”nun Karlo Ançelottinin komandası ilə bərabərliyi cəmi 15 dəqiqə çəkib. Belə ki, 39 yaşlı Luka Modriçin ötürməsindən sonra braziliyalı hücumçu Vinisius Junior qapıçını aldadaraq topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib: “Selta Viqo” – 1, “Real Madrid” – 2.

Beləliklə, 10 matçdan sonra “Real Madrid” turnir cədvəlinin ikinci pilləsində yerini bərkidib və əzəli rəqibi “Barselona” ilə xalını bərabərləşdirib, lakin “kral klubu” top fərqinə görə rəqibindən geri qalır. Eyni zamanda, Kataloniya təmsilçisinin ehtiyatında bir oyun var.

Klaudio Xiraldesin komandası isə məğlubiyyətə baxmayaraq, 10 oyundan sonra 13 xalla 10-cu pillədə qalıb.

Oxşar xəbərlər

"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Azərbaycanda 1 lirə 5 qəpikdən aşağı düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər