Bakıda gənc tennisçilər arasında şəhər birinciliyi keçiriləcək - Qeydiyyat başladı
Bakıda gənc tennisçilər üçün ilin ən gözlənilən və maraqlı idman hadisələrindən birinə start verilir. Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə "Bakı Şəhər Birinciliyi 2026" turniri keçiriləcək.
Far.Az xəbər verir ki, artıq yarışda iştirak etmək istəyən idmançılar üçün qeydiyyat mərhələsi açıq elan olunub.
Turnirin Təqvimi və Kateqoriyalar Yarışlar 22-27 iyun 2026-cı il tarixlərində baş tutacaq. Turnirdə fərqli yaş qruplarında olan oğlanlar və qızlar öz qüvvələrini sınaya biləcəklər.
Birincilik aşağıdakı kateqoriyalar üzrə keçiriləcək:
8–10 yaş: Oğlanlar və Qızlar
11–12 yaş: Oğlanlar və Qızlar
13–14 yaş: Oğlanlar və Qızlar
15–18 yaş: Oğlanlar və Qızlar
Qeydiyyat Şərtləri Yarışda iştirak etmək, öz bacarığını nümayiş etdirib Bakı çempionu adını qazanmaq istəyən gənc idmançılar mütləq şəkildə öncədən qeydiyyatdan keçməlidirlər.
Son müraciət tarixi: 19 İyun 2026, saat 18:00
Müəyyən olunmuş vaxtdan gecikən müraciətlər qəbul edilməyəcək.
Turnirə onlayn müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
Qeydiyyat Linki https://docs.google.com/forms/d/1guaVPkyA_MrL_9GX0B5bWeU4cPDSQR00rgaRskNKgI0/viewform?pli=1&pli=1&edit_requested=true
Öz bacarığını nümayiş etdirmək, yeni təcrübə qazanmaq və Bakı çempionu olmaq şansını qaçırma!
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər
-
Leyla Əliyevadan fermer qadına incə davranış
-
Bakı Bulvarında yeni festival başlayır













