Kamandan oxatma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

Kamandan oxatma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib


U-15, U-18 və U-21 yaş kateqoriyalarında kamandan oxatma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Hövsan Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Azərbaycan Kamandan Oxatma Federasiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

Nazirliyin Olimpiya və Paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, həmçinin Azərbaycan Kamandan Oxatma Federasiyasının Yarışların təşkili və klublarla iş şöbəsinin müdiri Kamran Həsənzadə idmançılara uğurlar arzulayıblar.

Qeyd edək ki, 49 idmançının 40, 60 və 70 metr məsafələrdə mübarizə apardığı ölkə birinciliyinə iyunun 2-də yekun vurulacaq.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər