"Azercell Könüllüləri" Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib
Far.Az xəbər saytı

"Azercell Könüllüləri" Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib


Könüllülər bayram münasibətilə uşaqlar üçün maarifləndirici və əyləncəli proqram təşkil ediblər

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azercell Könüllüləri" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün maarifləndirici və əyləncəli proqram həyata keçirib.

Tədbirin məqsədi uşaqlara qayğı və diqqət göstərməklə yanaşı, onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına töhfə vermək olub. Qurban bayramında uşaqlar üçün əyləncəli proqram təşkil edən Könüllülər bu dəfə onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş maarifləndirici təşəbbüslə çıxış ediblər.

Proqram çərçivəsində 9–15 yaş aralığında olan uşaqlar üçün mülki müdafiə və təhlükəsizlik mövzusunda interaktiv təlim keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri risklər, fövqəladə hallar zamanı düzgün davranış qaydaları və təhlükəsizlik tədbirlərinin əhəmiyyəti barədə məlumat əldə ediblər.

Təlimin davamı olaraq uşaqlar "Təhlükəsizlik uşaqların gözü ilə" adlı rəsm müsabiqəsinə qatılaraq mövzu ilə bağlı düşüncələrini yaradıcılıq yolu ilə ifadə ediblər. Öyrənmə və yaradıcılığı bir araya gətirən müsabiqə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda bütün iştirakçılara hədiyyələr təqdim olunub, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbriklər çatdırılıb.

Qeyd edək ki, "Azercell Könüllüləri" 2001-ci ildən fəaliyyət göstərir. Könüllülərin fəaliyyəti təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində həyata keçirdikləri təşəbbüslərlə cəmiyyətin həssas qruplarına dəstək göstərməyə, uşaqların və gənclərin inkişafına töhfə verməyə yönəlib.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər