Bolqarıstan rəsmisi: "Əsas hədəfimiz bərpa olunan enerjinin birbaşa təchizatı üçün əlaqə qurmaqdır"
Far.Az xəbər saytı

Bolqarıstan rəsmisi: "Əsas hədəfimiz bərpa olunan enerjinin birbaşa təchizatı üçün əlaqə qurmaqdır"


Bolqarıstan üçün əsas hədəf bərpa olunan enerjinin Azərbaycandan bu ölkəyə və bütün Cənub-Şərqi Avropaya birbaşa təchizatı üçün əlaqə yaratmaqdır.

"Report" xəbər verir ki, bunu Bolqarıstanın energetika nazirinin müavini Kiril Temelkov 31-ci Bakı Enerji Forumunda bildirib.

"Bu baxımdan, biz hazırda bu layihəni qurmaq və il ərzində ilkin texniki-iqtisadi əsaslandırmaya başlamaq üçün çox intensiv çalışırıq. Biz bu layihəyə Gürcüstandan Rumıniyaya uzanan sualtı kabel layihəsinin tamamlayıcısı kimi baxırıq.

Biz hər iki layihənin gələcəkdə reallaşması üçün fürsət görürük. Çünki bu müddət ərzində Bolqarıstan ərazisini və Balkan ölkələrini İtaliya ilə birləşdirəcək, hətta Qərbi Balkanları da əhatə edəcək çox nəhəng bir şərq-qərb dəhlizi layihəsinə başlayıb. Bu, bütün regionun Xəzər regionu ilə əlaqələndirilməsinə, enerji mübadiləsinə və hər iki bölgənin təhlükəsizliyinin təmin olunmasına imkan verəcək. Bolqarıstan istehlak etdiyindən daha çox enerji istehsal edir və ölkənin ötürücülük qabiliyyəti istehlak yükündən iki dəfədən çoxdur. Bizim siyasətimiz regionun təhlükəsizliyinin xeyrinə qonşularla daha çox əlaqədə olmaqdır və biz bu siyasəti davam etdirəcəyik" - o vurğulayıb.

Nazir müavini əlavə edib ki, Bolqarıstan Cənub-Şərqi Avropanı LNG (mayeləşdirilmiş təbii qaz) ilə təchiz etmək imkanı verəcək Şaquli Qaz Dəhlizinin inşasını dəstəkləyir: "Bu layihənin inşasının yekun mərhələsindəyik. Eyni zamanda, elektrik enerjisi istehsalı üçün müxtəlif texnologiyalara sərmayə qoymaq istiqamətində çox çalışırıq. Bizim nüvə elektrik stansiyaları ilə bağlı təcrübəmiz var və hazırda Bolqarıstanda ikinci nüvə elektrik stansiyasını inkişaf etdiririk".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər