SOCAR Serbiya şirkəti ilə Niş şəhərində qaz elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Elektroprivreda Serbiya" (EPS) şirkəti arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının inkişafı, tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Far.Az xəbər verir ki, bu barədə report-un Balkan bürosuna Serbiyanın "Elektroprivreda" şirkətindən bildiriblər.
Bildirilib ki, sənədi EPS şirkətinin baş direktoru Duşan Jivkoviç və SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində imzalayıblar.
Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç bildirib ki, iki şirkət arasında bu sənədin imzalanması Serbiyanın enerji təhlükəsizliyini əlavə olaraq möhkəmləndirəcək, enerji mənbələrinin diversifikasiyasına və yaşıl keçidə töhfə verəcək layihənin həyata keçirilməsində mühüm addımdır: "Məqsəd 2030-cu ildə quraşdırılmış gücü 500 MVt-a qədər olan yeni baza enerjisi istehsal gücünün şəbəkədə olmasıdır".
O vurğulayıb ki, SOCAR ilə əməkdaşlıq Serbiya və Azərbaycanın energetika sahəsində güclü tərəfdaşlığını təsdiqləyir və qarşılıqlı əhəmiyyət daşıyan yeni birgə layihələr üçün imkanlar açır.
Nazir vurğulayıb ki, bu layihə ilə EPS öz istehsal portfelinin transformasiyasını davam etdirir və vətəndaşların, iqtisadiyyatın elektrik enerjisi ilə sabit və etibarlı təchizatı üçün imkanlarını gücləndirir: "SOCAR ilə tərəfdaşlıq bizə Serbiyanın elektroenergetika sisteminin uzunmüddətli dayanıqlığına töhfə verəcək müasir enerji obyektini həyata keçirmək üçün təcrübə və resursları birləşdirməyə imkan verir".
Oxşar xəbərlər
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Dubravka Handanoviç: Serbiya NIS-ın külək elektrik stansiyası layihəsi ilə maraqlanır
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













