"Haber Global": "İlham Əliyev Bakı Enerji Həftəsində mühüm mesajlar verdi"
Far.Az xəbər saytı

"Haber Global": "İlham Əliyev Bakı Enerji Həftəsində mühüm mesajlar verdi"


Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi və 31-ci Bakı Enerji Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Far.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Bakı Enerji Həftəsinə həsr etdiyi süjetdə bəhs edilir.

Bildirilir ki, dövlət başçısı Bakıda başlayan Bakı Enerji Həftəsi tədbirində çıxış edib.

Süjetdə qeyd edilir ki, İlham Əliyev çıxışında mühüm mesajlar verərək türk dünyası üçün kritik önəmə malik Zəngəzur dəhlizi layihəsinin mütləq həyata keçiriləcəyini vurğulayıb:

"Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il - red.) Ağ Evdə ABŞ prezidenti, Ermənistanın baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək".

Həmçinin İlham Əliyev Azərbaycanın qlobal enerji dialoqundakı rolunun getdikcə gücləndiyinə diqqət çəkib:

"Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada - Bakı Enerji Həftəsində mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər